Özəl pensiya fondlarıyla bağlı layihələr var

TOPLUM bölməsi

12:46 - 2 İyun 2023

 Özəl pensiya fondlarıyla bağlı layihələr var

Biz iki mərhələdə özəl pensiya fondlarıyla bağlı işlərə başlamışdıq. Hazırda bu məsələ müzakirə mərhələsindir və ilkin layihələr var.

Yenipress.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransında deyib.

“Çalışırıq ki, vətəndaşlar üçün əlavə imkanlar yaransın. Şirkətlərin və vətəndaşların maraqları, kommersiya şərtləri bu fondun yaradılması üçün əsas şərtlərdir.

MDB ölkəsi olan Qazaxıstanda bir neçə il əvvəl təxminən 20-yə yaxın özəl pensiya fondu yaradılmışdı. Hazırda onlardan 1-i fəaliyyət göstərir. Biz istəyirik ki, kəmiyyət deyil, keyfiyyətə önəm verək və vətəndaşların məmnunluğunu təmin edək”, - A.Kərimov bildirib.

Xəbər xətti