Rəsmilərin Urmiya gölü ilə bağlı iddiaları yalandır - BMT

DÜNYA bölməsi

12:22 - 2 İyun 2023

 Rəsmilərin Urmiya gölü ilə bağlı iddiaları yalandır - BMT

Urmiya gölünün bərpası və ekoloji problemin həlli istiqamətində aparılan işlərlə bağlı İran rəsmilərinin iddiaları həqiqəti əks etdirmir.

Yenipress.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Su İnstitutunun rəhbəri Kavə Mədəni deyib.

O, son beş ildə Urmiya gölünün vəziyyətinin peykdən çəkilmiş şəkillərini dərc edərək bəzi İran rəsmilərinin və mediasının gölün vəziyyətinin yaxşılaşdırılması ilə bağlı iddialarını təkzib edib.

Qeyd edək ki, 30-40 min il öncəyə aid olan Urmiya gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə 55 kilometr olub.

Yenipress.az

Xəbər xətti