Paşinyan: Rusiya ilə müharibədə müttəfiq deyilik

DÜNYA bölməsi

12:17 - 2 İyun 2023

 Paşinyan: Rusiya ilə müharibədə müttəfiq deyilik

Ermənistan Ukrayna ilə münaqişədə Rusiyanın müttəfiqi deyil və ümumiyyətlə heç kimin müttəfiqi deyil. Buna görə də biz həssasıq.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan CNN kanalına müsahibəsində deyib.

Paşinyan bildirib ki, Qərb Ermənistanın Rusiyanın müttəfiqi olmasına diqqət çəkir:

“Moskva görür ki, İrəvan Ukraynadakı hərbi əməliyyatları dəstəkləmir. Siz dediniz ki, biz Rusiya ilə müttəfiqik. Təbii ki, bu heç vaxt ucadan deyilməyib, amma belə görünür. Ukrayna ilə münaqişədə biz Rusiyanın müttəfiqi deyilik. Biz bu münaqişədən narahatıq. Çünki bu, bizim bütün münasibətlərimizə birbaşa təsir göstərir”, - o bildirib.

Qeyd edək ki, Paşinyan mayın 4-5-də Çexiyaya səfəri zamanı CNN-in Çexiya bölməsinə müsahibə verib, lakin müsahibə dünən Moldovada keçirilən Avrosammit zamanı Ermənistan hökumətinin Yutub kanalında yerləşdirilib.

Yenipress.az

Xəbər xətti