İran məxfi sənədlərində Azərbaycanla bağlı planlar

SİYASƏT bölməsi

12:05 - 2 İyun 2023

 İran məxfi sənədlərində Azərbaycanla bağlı planlar

29 may tarixində İran Prezident Aparatının veb-saytı hakerlər tərəfindən dağıdılaraq növbəti dəfə bir çox məxfi sənədlər sızdırılıb.

Yenipress.az xəbər verir ki, əldə olunan sənədlər arasında Azərbaycan Respublikası ilə bağlı məqamlar da var. 

Sənədlərdən biri “İran və Azərbaycan arasında əlaqələrin son vəziyyəti və iki ölkə arasında əlaqələrin yenidən nizamlanması zərurətinin nəzərdən keçirilməsi” ilə bağlıdır. Bu sənəd İran Təhlükəsizlik Nazirliyinin hazırlayaraq mayın 20-də İranın Prezident Aparatına göndərdiyi hesabatdır.

İran Təhlükəsizlik Nazirliyinin sözgüdən “yüksək konfidensial” hesabatında iki ölkə arasında münasibətlərin nəinki yaxşılaşması üçün ümid görünmədiyi, hətta vəziyyətin tərəflər arasında münasibətlərin pisləşməsi və gərginləşməsi istiqamətində irəlilədiyi qeyd edilib.

Hesabatda bir çox məsələyə, o cümlədən səfirlikdə baş verən terror hadisəsi, etnik separatçılıq, Güney Azərbaycan, ölkədən çıxarılan diplomatlar və s. kimi nüanslara toxunulub.

İran İslam Respublikası yüksək rütbəli məmurların başqa ölkələrin daxili işlərinə qarışmadığını və təhrikedici yollardan istifadə etmədiyini dəfələrlə iddia etdiyi halda, Təhlükəsizlik Nazirliyinin hesabatı bunun tamamilə əksini sübut edir.

Nazirlik Azərbaycana qarşı İran İslam Respublikasına media sahəsində aşağıda qeyd olunan istiqamətlər ətrafında çalışmağı təklif edir:

- Azərbaycan cəmiyyətini bu ölkənin hökumətindən ayırmağa çalışmaq;

- Rusiya hökumətində Azərbaycana qarşı həssaslıq yaratmaq;

- Rusiyanin cənubunda Azərbaycanın NATO bölgəsinə çevrilməsi və bu bölgədə ikinci bir Ukraynanın ortaya çıxa biləcəyinə inandırmağa çalışmaq;

- İlham Əliyevin İrana qarşı fərqli siyasətlər aparmasını sionist məsləhətçilərin təsirinə bağlamaq.

Beləliklə, aydın olur ki, İranın kütləvi informasiya vasitələrində Azərbaycanın İsraillə münasibətləri ilə bağlı mənfi yönümlü təbliğatının, o cümlədən Bakının Təl-Əvivin təsiri altında olması, İsrailin Azərbaycanda baza tikməsi və bir çox bu kimi böhtanlarla dolu təbliğatının da kökü Tehran rejiminin siyasətindən qaynaqlanır.

Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqında hökumətə qarşı inamsızlıq yaradılsın, insanların dini hisslərindən sui-istifadə edərək, İsrailin-Azərbaycan əlaqələrinə zərbə vurulsun, Azərbaycanda öz nüfuz dairəsini genişləndirərək ölkəni Livan, Suriya, İraq və Yəmən kimi xarabazara çevirsin.

Azərbaycanı asılı vəziyyətə salaraq, özlərinin islama aidiyyəti olmayan rejimini bu ölkədə hakim edib, çirkin fars-irqçi sistemlərini burada qurmaq da İranın prioritet hədəflərindəndir.

Xəbər xətti