Ərdoğan “İnter” və “Mançester Siti” matçında iştirak edəcək

İDMAN bölməsi

11:59 - 2 İyun 2023

 Ərdoğan “İnter” və “Mançester Siti” matçında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında “İnter” – “Mançester Siti” matçına qatılacaq. Onunla birlikdə oyunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan da izləyəcək.

Yenipress.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“BƏƏ əmiri Prezident Ərdoğanla ikitərəfli görüşdən sonra İstanbulda Çempionlar Liqasının finalını izləyəcək”, - məlumatda deyilir.

Yenipress.az

Xəbər xətti