İranın Azərbaycandakı “Mədəniyyət Mərkəzi” bağlandı

TOPLUM bölməsi

11:01 - 2 İyun 2023

 İranın Azərbaycandakı “Mədəniyyət Mərkəzi” bağlandı

İranın Bakıdakı mədəniyyət müşaviri ofisinin bağlanması Azərbaycan hökumətinin bəhanəsidir

Yenipress.az xəbər verir ki, bu barədə "Güney Azərbaycan" Teleqram kanalı İran mediasına istinadla məlumat yayıb.

İran mediası yazıb ki, İran İslam Respublikasının Bakıdakı mədəniyyət müşaviri ofisinin həmin təşkilatın nümayəndəsinin işdən çıxarılmasından sonra bağlanması iki ölkə arasında son vaxtlar yaranmış fikir ayrılıqlarına görə Azərbaycan hökumətinin bəhanəsidir:

ran İslam Respublikası öz qonşuları ilə münasibətlərində həmişə xoş niyyətli olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etmək, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən qaçmaq istəyib.

İran İslam Respublikasına məxsus Bakıda bir çox mülklər var. İran hökumətinə məxsus mülklər üçün atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər".

Xəbər xətti