Fransadan beştərəfli görüşlə bağlı bəyanat

DÜNYA bölməsi

10:35 - 2 İyun 2023

 Fransadan beştərəfli görüşlə bağlı bəyanat

Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyirlər.

Yenipress.az xəbər verir ki, bu barədə Yelisey Sarayından Kişinyovdakı beştərəfli görüşlə bağlı verilən bəyanatda qeyd olunub.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Almatı Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər. Onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər”, - bəyanatda qeyd olunub.

Bildirilib ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıblar.

Xəbər xətti