Eyvazov Zemfira Meftahətdinovanın yerinə onu təyin etdi

TOPLUM bölməsi

17:53 - 1 İyun 2023

 Eyvazov Zemfira Meftahətdinovanın yerinə onu təyin etdi

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Yenipress.az xəbər verir ki, artıq Z.Meftahətdinovanın yerinə təyinat olub.

Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

Qeyd edək ki, Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunmuşdu.

Əlavə edək ki, Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Xəbər xətti