İranda edam rekordu: bir ayda 142 nəfər...

DÜNYA bölməsi

17:24 - 1 İyun 2023

 İranda edam rekordu: bir ayda 142 nəfər...

İranda son bir ay ərzində 142 nəfərdən çox məhkum edam edilib.

Yenipress.az xəbər verir ki, bu barədə mərkəzi qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat cari ilin ilk 5 ayında icra edilən edam cəzalarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artdığını bildirib:

"Əgər beynəlxalq ictimaiyyət edam dalğasına daha sərt reaksiya verməsə, yaxın aylarda daha yüzlərlə insan İslam Respublikasının edam maşınının qurbanı olacaq”,- bəyanatda deyilir.

Qeyd edək ki, son aylar ölüm hökmlərinin verilməsi, eləcə də onların icrasının artması tendensiyası ilə bağlı bir çox vəkil, hüquq müdafiəçisi, beynəlxalq qurum və təşkilatlar xəbərdarlıq edib, Tehran rejimini edam cəzalarını dayandırmağa çağırıblar.

Xəbər xətti