Lukaşenko: Qərb Belarus üçün güclü ssenari hazırlayır

DÜNYA bölməsi

15:40 - 1 İyun 2023

 Lukaşenko: Qərb Belarus üçün güclü ssenari hazırlayır

Qərb Belarusda hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlayır.

Yenipress.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Polşa, Litva və Ukraynada qanunsuz silahlı birləşmələrin üzvləri hazırlanır, Belarusda isə yatmış ekstremist hüceyrələrin yaradılmasına cəhdlər edilir. Son sübutlar bunu təsdiqləyir. Yəni hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlayırlar. Biz bunu görürük. Biz buna imkan verməyəcəyik”, - o bildirib.

Lukaşenko qeyd edib ki, MDB ətrafında hərbi-siyasi vəziyyət gərginləşir:

“Başa düşməliyik ki, ətrafımızdakı böyük oyunçular Rusiya, Belarus, Mərkəzi Asiya dövlətlərini, yəni bizi yavaş-yavaş ayırmağa çalışırlar. Biz buna imkan verməməliyik”.

Yenipress.az

Xəbər xətti