Simonyan: Əgər Qarabağla Bakı arasında dialoq olmasa...

SİYASƏT bölməsi

14:58 - 1 İyun 2023

 Simonyan: Əgər Qarabağla Bakı arasında dialoq olmasa...

Azərbaycan Qarabağın erməni əhalisi ilə danışmasa, yara sağalmayacaq və bunun gələcəkdə öz nəticələri olacaq.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Əgər dialoq olmasa, Azərbaycan tərəfinin mövqeyindən belə məsələ həll olunmayacaq. Bunun alternativi “soyqırımıdır” ki, biz buna yol verə bilmərik. Bu məsələ Azərbaycan üçün də son dərəcə vacibdir”, - o bildirib .

O,diqqəti Ermənistan hakimiyyəti tərəfindən tanınan 86 min 600 kvadrat kilometr Azərbaycan ərazisinə yönəltməməyə çağırıb:

“Qarabağ xalqının azadlığı və hüquqları bizim üçün önəmlidir və bu, prinsipial məsələdir. Noyabr bəyanatının demək olar ki, bütün bəndlərinin pozulduğunu, qarant kimi çıxış edən ölkənin lazımi cavab vermədiyini gördüyümüz üçün sülh sazişinin təminatlarının olması bizim üçün vacibdir”.

Xəbər xətti