Kılıçdaroğlu İmamoğlunu yanında dayanmağa məcbur edəcək

SİYASƏT bölməsi

13:42 - 1 İyun 2023

 Kılıçdaroğlu İmamoğlunu yanında dayanmağa məcbur edəcək

Seçkilərdən sonra "Kılıçdaroğlu geri çəkiləcəkmi?" sualı gündəmə gəlmişdi. İşi-gücü CHP-ni idarə etmək olan bəzi jurnalistlər Kılıçdaroğluya hətta istefaya çağırışları da etmişdi. Müxalifətin maraqlı bir vərdişi var. Türkiyə prezidenti kimi təklif etdikləri adları planları dəyişəndə birdən lazımsız olaraq görürlər. Mayın 28-də Kamal Kılıçdaroğlu da ümidiydi. Ancaq mayın 29-da istefasını tələb etdilər.

Yenipress.az xəbər verir ki, bu haqda “Hürriyyət” qəzetində yayımlanmış məqaləsində tanınmış yazar və jurnalist Əbdülqədir Selvi qeyd edib.

“Ancaq Kılıçdaroğlunun yenə bəxti gətirdi. Çünki ona qarşı linç kampaniyası başlamadı. Maral Akşənər, Məhərrəm İncə və Sinan Oğana qarşı aparılan linç kampaniyasını xatırlayanda Kılıçdaroğlu halına şükür etməlidir. Amma bu işin heç bir zəmanəti yoxdur. Əgər Əkrəm İmamoğlunun yolunu bağlayarsa, Kılıçdaroğlu da linçdən payını alacaq”, - məqalədə bildirilir.

Selvinin sözlərinə görə, Kılıçdaroğlunun seçkilərdə uduzduğu halda istefa verməməsi normal deyil:

“Tək adam adlandırıb, diktator elan etdikləri Ərdoğan birinci turda 0,5 faiz səs toplaya bilmədiyi üçün “millətin qərarı baş üstünə” deyərək ikinci tura hazırlaşdı. Girdiyi heç bir seçkidə qalib gəlməsə də, istefa verməyən Kılıçdaroğlu “demokrat baba”dır. Həmçinin, “uduzan geri çəkilsin”, “qalib olan gəlsin”, “ciddi töhfə verməsəm, kreslodan yapışmayacağam” deyən Kılıçdaroğlu deyildimi?

Seçkilərdən sonra Kılıçdaroğlunun istefası üçün təzyiqlər təkcə müxalif jurnalistlər tərəfindən edilmir, həm də pərdə arxasında Əkrəm İmamoğlu bu istiqamətdə işlər görür. Onsuz 29 may səhəri “narahat olmayın, hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən tək şey dəyişməkdir” deyə tvit ataraq Kılıçdaroğluya qarşı bayraq qaldırdı. Ancaq Kılıçdaroğlu geri çəkilməyi düşünmür və CHP sədri olaraq qalmaqda həmişəkindən daha qətiyyətlidir. Seçkilərdən sonra onu ziyarət edən qrupa “daha 10 il buradayam. Mən istefa verməyəcəyəm” dedi. Bu da “demokrat baba”. Siz babanın çəkilməsini çox gözləyərsiz. O, hələ hamınızı siyasətdən təqaüdə göndərəcək.

Əgər CHP-də iyulda növbədənkənar qurultay olsaydı, Əkrəm İmamoğlunun namizədliyinin önü açılacaqdı. Seçki məğlubiyyəti təzə olduğu üçün də İmamoğlu daha əlverişli mövqedə olacaqdı. Kılıçdaroğlu Türkiyədə hakimiyyətə gələ bilmir, amma CHP-də hakimiyyətini necə qoruyub saxlamağı çox gözəl bilir. Ona görə də Kılıçdaroğunu kim kiçik hesab edirsə, yanılır. Kılıçdaroğlu CHP-nin qurultaya getməyəcəyi ilə bağlı qərarını verib. Çünki Kılıçdaroğlu “qurultayı yerli seçkilərdən sonra keçirəcək. Bələdiyyə sədrliyinə namizədləri mən seçəcəyəm” deyir. Ona görə də İmamoğlunun namizəndliyi Kılıçdaroğlunun əlindədir. Əgər belə qərarı o verirsə, demək İmamoğlu yenə Kılıçdaroğlunun yanında dayanacaq”.

Yenipress.az

Xəbər xətti