Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edildi - Foto

TOPLUM bölməsi

11:59 - 1 İyun 2023

 Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edildi - Foto

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edilib.

Yenipress.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında paylaşım edib.

O, 74 yaşlı rejissorun fotolarını paylaşaraq, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyini və ağrıları olduğu üçün ayağının amputasiya edildiyini deyib.

Qeyd edək ki, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyeva Heydər Əliyev adına Sarayın keçmiş baş rejissoru olub.

Xəbər xətti