Abid Qafarov azadlığa buraxıldı

TOPLUM bölməsi

11:26 - 1 İyun 2023

 Abid Qafarov azadlığa buraxıldı

Bakı Birlik Təşkilatı İctimai Birliyinin sədri, Kim TV Yutub kanalının aparıcısı Abid Qafarov azadlığa buraxılıb.

Yenipress.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc paylaşım edib.

Qeyd edək ki, A.Qafarov keçən il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

Abid Qafarov "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.

Xəbər xətti