Mask yenidən dünyanın ən varlı sahibkarı oldu

DÜNYA bölməsi

10:18 - 1 İyun 2023

 Mask yenidən dünyanın ən varlı sahibkarı oldu

Amerikalı sahibkar, “Tesla” şirkətinin rəhbəri və “SpaceX”in qurucusu İlon Mask dünyanın ən varlı insanları siyahısında yenidən birinci olub.

Yenipress.az xəbər verir ki, bu barədə “Blumberq Milyarderlər İndeksi” (Bloomberg Billionaries Index- BBI) məlumat yayıb.

İkinci yerdə Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault qərarlaşıb.

Məlumata görə, hazırda Maskın sərvəti 192 milyard dollar, Arnonun sərvəti isə 187 milyard dollar dəyərində qiymətləndirilir. İlin əvvəlindən Maskın sərvətin 55,3 milyard dollar, Arnonun sərvətinin isə 24,5 milyard dollar artdığı bildirilir.

Yenipress.az

Xəbər xətti