Gəncədə kişinin gözünü çıxaran şəxs həbs edildi

KRİMİNAL bölməsi

17:28 - 1 İyun 2023

 Gəncədə kişinin gözünü çıxaran şəxs həbs edildi

09:43

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.

Yenipress.az xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Emin Xeyrəddin oğluMəmmədov ilə əvvəl mübahisə edib.

Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

***

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib.

E.Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

***

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti