Rus sülhməramlılar Qarabağda “atəşkəs” qeydə aldı

TOPLUM bölməsi

22:24 - 31 May 2023

 Rus sülhməramlılar Qarabağda “atəşkəs” qeydə aldı

Rusiya sülhməramlıları keçmiş Ağdərə (Qarabağ iqtisadi rayonu – red.) rayonu ərazisində atəşkəs rejiminin pozulması faktını qeydə alıblar.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində bildirilib.

“İtki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə faktla bağlı araşdırma aparır”, - məlumatda iddia edilib.

Qeyd edək ki, Azərbaycan MN dünən, mayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulduğu barədə məlumat yaymışdı.

Xəbər xətti