Gülməyin, Rusiya heç bir müharibəni uduzmayıb! – Duda

DÜNYA bölməsi

16:19 - 31 May 2023

 Gülməyin, Rusiya heç bir müharibəni uduzmayıb! – Duda

Polşa Prezidenti Anjey Duda Rusiyanın müharibədə itkisi ilə bağlı tələsik bəyanatlara qarşı xəbərdarlıq edib.

Yenipress.az xəbər verir ki, o, bu barədə “Voll Strit Jurnal”na deyib.

“Deyirlər ki, Putin müharibəni uduzdu və onun məğlubiyyəti Finlandiyanın NATO-ya üzv olmasıdır. Baxmayaraq ki, uzun illər fin xalqı neytrallıqdan imtina edib-etməməkdə tərəddüd edirdi.

Xanımlar və cənablar, Putin heç bir müharibədə uduzmayıb. Mən Putinin müharibədə uduzacağına ümid edirəm. İndi elə bir vəziyyət yaranıb ki, Rusiyadan hər gün yüzlərlə insan cəbhədə ölür. Rusiyada 100 milyondan çox rus və Ukraynada isə 40 milyondan az ukraynalı var. Təkcə bu fərq burada kimin üstün olduğunu göstərir. Ruslar üçün insan həyatı heç bir əhəmiyyət kəsb etmir, ukraynalılar üçün hər həyat qızıldan dəyərlidir. Bunlar fərqli mədəniyyətlərdir. Rusiya nüvə fövqəldövlətidir, onun çoxlu silah ehtiyatı var. Biz rusların çəkisi 50-60 ton olan 1960-cı illərdəki tankları meydana çıxarmasına gülsək, nə olacaq? Tank gəlirsə, əzəcək, müasir olsa da, olmasa da”, - o bildirib.

Duda qeyd edib ki, Rusiya ordusu Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxdıqda Putin müharibəni uduzacaq:

“Müharibə davam edir, Rusiya getdikcə daha çox səfərbər olur, Rusiya iqtisadiyyatı hərbi fazaya keçir. Şübhə etməyin, onlar təbliğat yolu ilə insanlara deyə bilirlər ki, kəmərlərini sıxsınlar, ac olsalar da fəxr etsinlər, çünki Rusiya böyükdür”.

Yenipress.az

Xəbər xətti