ASAN Xidmətlə bağlı yenilik - Bu sənədlər tələb edilməyəcək

TOPLUM bölməsi

16:08 - 31 May 2023

 ASAN Xidmətlə bağlı yenilik - Bu sənədlər tələb edilməyəcək

ASAN Xidmət mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarına dəyişiklik edilib.

Yenipress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş ASAN Xidmət mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Dəyişikliklə ASAN Xidmət  mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”na 3.2-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

Xəbər xətti


Digər xəbərlər