Pezeşkian polisin qadınlara qarşı davranışını tənqid etdi

DÜNYA bölməsi

15:34 - 31 May 2023

 Pezeşkian polisin qadınlara qarşı davranışını tənqid etdi

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian İran polisinin hicab qaydalarına riayət etməyən qadınlara qarşı hərəkətlərini sərt tənqid edib.

Yenipress.az xəbər verir ki, o, "Əsr İran" saytına müsahibəsində İran polisinin hicabsızlarla mübarizə adı altında əməllərinə toxunub.

Millət vəkili qadınlara basqının əks nəticə verəcəyini bildirib:

“Problemin həlli üçün mədəni iş aparılmalıdır. Polis və məhkəmə məmurlarının küçələrdə xanımlara qarşı hərəkətləri gərginliyi artırır və problemi daha da dərinləşdirir. Ümumiyyətlə, hakimiyyət vətəndaşların geyim tərzinə qarışmamalı, onlara necə geyinmələri ilə bağlı göstəriş verməməlidir. Bu onların iradəsi və seçimlərinə qarşı hərəkət olduğu üçün əks nəticə verəcək”.

Millət vəkili ölkəyə daxil olanların məcburi hicab qaydalarına riayət etmələri ilə bağlı qərar verilməsini də insan haqları və fərdi azadlıqların pozulması kimi dəyərləndirib.

Yenipress.az

Xəbər xətti