Sülh müqaviləsində ermənilər nəzərə alınmalıdır - Pakayin

DÜNYA bölməsi

15:18 - 31 May 2023

 Sülh müqaviləsində ermənilər nəzərə alınmalıdır - Pakayin

Sülh sazişi Qarabağda yaşayan ermənilərin hüquqlarını nəzərə alarsa, İran tərəfindən müsbət qarşılana bilər.

Yenipress.az xəbər verir ki, bu sözləri İranın ölkəmizdəki keçmiş səfiri Möhsün Pakayin özünün Tvitter səhifəsində paylaşıb.

“Əgər Azərbaycan-Ermənistan sülh sazişi iki ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması, beynəlxalq sərhədlərin dəyişdirilməməsi və Qarabağda yaşayan erməni azlığının hüquqlarına hörmətlə yanaşmaya əsaslanırsa, bu, İran və region dövlətləri tərəfindən müsbət qarşılana bilər”, - Pakayin bildirib.

Yenipress.az

Xəbər xətti