Report-un əməkdaşı faciəvi şəkildə vəfat etdi

TOPLUM bölməsi

15:10 - 31 May 2023

 Report-un əməkdaşı faciəvi şəkildə vəfat etdi

Report İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

Yenipress.az xəbər verir ki, Agentliyin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib.

Belə ki, Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər xətti