İran və Türkmənistan arasında 5 əməkdaşlıq sənədi imzalandı

DÜNYA bölməsi

13:21 - 31 May 2023

 İran və Türkmənistan arasında 5 əməkdaşlıq sənədi imzalandı

Tehranda İran və Türkmənistan hökumətləri arasında enerji, elektrik enerjisi və s. sahələrdə 5 əməkdaşlıq sənədi imzalayıblar.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tehranda sənədlərin imzalanması mərasimində İran Prezidenti İbrahim Rəisi və Türkmənistan Milli Məsləhət Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov da iştirak ediblər.

Qeyd edək ki, Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov mayın 30-da İrana səfər edib.

Yenipress.az

Xəbər xətti