Ərdoğanın muzeyi və kitabxanası açılacaq

DÜNYA bölməsi

12:34 - 31 May 2023

 Ərdoğanın muzeyi və kitabxanası açılacaq

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın muzeyi və kitabxanası açılacaq.

Yenipress.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Mərkəzi İstanbulda olan fondun aktivləri 120 min türk lirəsi məbləğində müəyyən edilib. Yeni fondun yaradılmasında məqsəd Rəcəb Tayyib Ərdoğan Muzeyinin yaradılmasıdır. Burada siyasətçinin rəhbər vəzifələrdə işlədiyi müddətdə ona məxsus əşyalar sərgilənəcək. Fondun xətti ilə Ərdoğanın kitabxanasının yaradılması, eləcə də sərgilərin, elmi, mədəniyyət və incəsənət proqramlarının təşkili nəzərdə tutulur”, - məlumatda deyilir.

Xəbər xətti