Azərbayanda dəhşət: 3 gənc qəzaya düşdü, 2-si öldü - Foto

KRİMİNAL bölməsi

12:14 - 31 May 2023

 Azərbayanda dəhşət: 3 gənc qəzaya düşdü, 2-si öldü - Foto

Tərtərdə dəhşətli qəza baş verib.

Yenipress.az-ın əldə etdiyi məlumata görə, hadisə Tərtər-Gəncə istiqamətində Təzəkənd və Seydimli kəndləri arasında baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobil ağaca çırpılıb. Nəticədə o, ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.

Maşında olan digər iki sərnişin - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova isə hadisə yerində ölüblər.

Yenipress.az

Xəbər xətti