Güneyli mədəni fəal sürgünə göndərilir

DÜNYA bölməsi

11:07 - 31 May 2023

 Güneyli mədəni fəal sürgünə göndərilir

Tehranda yaşayan güneyli mədəni fəal, yazıçı və tədqiqatçı Əkbər Azada sürgün cəzasının icrası üçün çağırış göndərilib.

Yenipress.az xəbər verir ki, bu barədə fəalın özü məlumat verib.

Göndərilən çağırışda ondan 10 gün ərzində Baharistan Ümumi və İnqilab Prokurorluğunun Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getməsi istənilib.

Qeyd edək ki, Əkbər Azad dinc, mədəni fəaliyyətlərinə və Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirə qatıldığı üçün iki il həbs və iki il sürgün cəzasına məhkum edilib.

Xəbər xətti