İrəvan artıq sarsıntı mərhələsinə qədəm qoyub – Qukasyan

GÜNDƏM bölməsi

10:59 - 31 May 2023

 İrəvan artıq sarsıntı mərhələsinə qədəm qoyub – Qukasyan

Ermənistan hakimiyyətinin KTMT-yə qarşı ritorika və hərəkətləri İrəvanın özünə də ziyandır. Çünki bu, Rusiya ilə münasibətlərə təsir edəcək. İrəvan KTMT missiyasının Ermənistana gəlməsini dərhal təsdiq etməli və sözügedən təşkilatdan hərbi-texniki yardım almalıdır.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Arman Qukasyan deyib.

“Biz artıq regionda sarsıntı mərhələsinə qədəm qoymuşuq və bu, ölümcül ola bilər. Geosiyasi proseslərə emosiyalar nöqteyi-nəzərindən baxmaq özünü aldatmaqdır. Populizm nöqteyi-nəzərindən baxmaq isə özünü məhv etməkdir və Ermənistan hakimiyyəti bizi məhz bu yolla aparır. Paşinyan və Təhlükəsizlik Şurasının katibi deyirlər ki, KTMT-dən çıxmaq məsələsi müzakirə olunur və gündəmdədir. Bəli, KTMT ideal struktur deyil, bəli, problemlər var, amma hamımız başa düşürük ki, Ermənistan KTMT-dədir, çünki bizim strateji müttəfiqimiz Rusiya onun hərəkətverici qüvvəsidir. Ona görə də bəzilərinin KTMT-dən çıxmaq və Rusiya ilə yaxşı münasibətlər saxlamaqdan danışması özünü aldatmaqdır. KTMT-dən çıxmaq Rusiyaya qarşı demarşdır. Hələlik heç kim Ermənistan üçün alternativ təhlükəsizlik sistemi təklif etməyib”, - o bildirib.

Yenipress.az

Xəbər xətti