Şimali Koreyanın hərbi peyki dənizə düşdü

DÜNYA bölməsi

11:06 - 31 May 2023

 Şimali Koreyanın hərbi peyki dənizə düşdü

Şimali Koreyada Sohae Peyk Mərkəzindən “Mallinqyonq-1” hərbi kəşfiyyat peykinin kosmosa göndərilməsi əməliyyatı uğursuzluqla nəticələnib.

Yenipress.az xəbər verir ki, bununla bağlı ölkənin CNA xəbər agentliyi məlumat yayıb. Peyk daşıyıcı raketlə birlikdə Koreya yarımadasının qərbində dənizə düşüb.

Şimali Koreyanın Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsindən (NADA) verilən açıqlamada isə daşıyıcı raketin ikinci mərhələ alovlanma sisteminin vaxtında işləməməsi səbəbindən sürətini itirdiyi bildirilib.

Xəbər xətti


Digər xəbərlər