Məşhur türk serialında Naxçıvanla bağlı səhv aradan qaldırıldı - Video

TOPLUM bölməsi

10:50 - 31 May 2023

 Məşhur türk serialında Naxçıvanla bağlı səhv aradan qaldırıldı - Video

Türkiyənin ATV kanalında yayımlanan “Mən bu cahana sığmazam” (Ben bu cihana sığmazam) serialınnın 32-ci bölümündə Azərbaycanın xəritəsi Naxçıvan olmadan göstərilmişdi. Bu da haqlı olaraq azərbaycanlı izləyicilərin ciddi etirazına səbəb olmuşdu.

Yenipress.az xəbər verir ki, serialın ötən gecə yayımlanan bölümündə Azərbaycan xəritəsi ilə bağlı ciddi yanlışlıq aradan qaldırılıb. Azərbaycanın xəritəsinə Naxçıvan da əlavə edilib. Bu kadr təxminən 4-5 saniyəlik xüsusi olaraq izləyicilərə çatdırılıb.

Xəbər xətti