İsrail prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti...

SİYASƏT bölməsi

17:31 - 30 May 2023

 İsrail prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti...

İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-starteji münasibətlərin inkişafı baxımdan da vacibdir. Qeyd etmək lazımdır ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.

Yenipress.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb. İsrail Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir. Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun”, - Bayramov bildirib.

Yenipress.az

Xəbər xətti