Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

SİYASƏT bölməsi

15:07 - 30 May 2023

 Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə iğtişaşlar salmağa hazırlaşır.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Babayan Xankəndidə “dövlət idarələrinin binalarına” girişləri bağlamağı planlaşdırır:

“Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyanın “fərmanları” da məhz Babayanın planlarının qarşısını almaq üçün verilib. Ötən cümə günü Arutyunyanın “hərbi vəziyyətlə bağlı  tətbiq edilən əlavə məhdudiyyətləri, bütün növ görüşlərin qadağan edilməsi, həmçinin bayram və anım günlərində, informasiya sahəsində bəzi məhdudiyyətlər” də məhz bununla bağlıdır. Qarabağın “müvafiq orqanlarına” Babayanın iğtişaşlar törətmək, “dövlət idarələrinin binalarına” girişləri bağlamaq niyyətində olması barədə “əməliyyat” məlumatı daxil olub. Bu addımlar da “daxili vəziyyətin sabitliyini” pozmamaq üçün Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb”.

Yenipress.az

Xəbər xətti