Bizi AB-yə qəbul etməmək ədalətsizlikdir - Tiflis

DÜNYA bölməsi

15:00 - 30 May 2023

 Bizi AB-yə qəbul etməmək ədalətsizlikdir - Tiflis

Avropa Birliyi ilin sonuna kimi Gürcüstana namizəd statusunu verməsə, bu, böyük səhv olacaq.

Yenipress.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, ölkəni AB-yə qəbul etməmək ədalətsiz, əsassız, yersiz addım olardı:

“Rusiyaya mesaj nədir? Biz avropalılar Ukrayna və Moldovadan 2-3 dəfə yaxşı olan Gürcüstanı ayırırıq? Əgər ləyaqətdən danışırıqsa, o zaman görülən işlərə görə Gürcüstanı layiq görməli idilər”.

Onun sözlərinə görə, AB Gürcüstana imtina ilə bağlı heç bir səbəb və arqument təqdim etməyib:

“Bizə yalnız onu dedilər ki, Ukrayna müharibə şəraitindədir. Biz də 2008-ci ildə döyüşmüşük, ərazimizin 20 faizi işğal altındadır. Fərqi nədir ki?”

Qeyd edək ki, ötən ilin iyununda Avropa Komissiyası Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusunu verməkdən imtina etmişdi.

Xəbər xətti