Vahab: Ərdoğan hökuməti iqtisadi blokunu dəyişəcək

DÜNYA bölməsi

13:04 - 30 May 2023

 Vahab: Ərdoğan hökuməti iqtisadi blokunu dəyişəcək

Türkiyədə keçirilən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri gücləndirməkdə davam edəcək və ABŞ-la praqmatizm əsasında qarşılıqlı fəaliyyət göstərəcək.

Yenipress.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında ərəb politoloq Şadi Abdel Vahab deyib.

Vahabın sözlərinə görə, bir sıra səbəblərdən Türkiyə ilə Rusiya arasında münasibətlərin möhkəm qalması yenidən nəzərdən keçirilməyəcək:

“Xüsusilə, bu, hərbi və mülki istehsalda müstəqilliyə nail olmaq istəyən Ərdoğanın ABŞ əleyhinə ritorikada səslərin bir hissəsini qazanması ilə bağlıdır.

Qərbin taxıl sazişində Rusiya qarşısında öhdəliklərini yerinə yetirməməsini nəzərə alaraq, Türkiyə bu müqavilədə vasitəçi olaraq qalmaqda və neytrallığa riayət etməkdə davam edəcək.

Hazırda Ərdoğanın ən böyük problemi ölkənin iqtisadi vəziyyətinin mümkün pisləşməsi, xüsusən də türk lirəsinin zəifləməsidir. Buna səbəb isə banklara münasibətdə maliyyə siyasəti ilə əlaqədardır. Ona görə də böyük ehtimalla o, hökumətin iqtisadi blokunun tərkibini dəyişəcək”.

Yenipress.az

Xəbər xətti