Saatlıda hamilə qadın ailə üzvləri tərəfindən vəhşicəsinə döyüldü - Foto

KRİMİNAL bölməsi

12:25 - 30 May 2023

 Saatlıda hamilə qadın ailə üzvləri tərəfindən vəhşicəsinə döyüldü - Foto

Saatlı rayonunda hamilə qadın döyülüb.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər:

“Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov  bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır:

“Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xəbər xətti