Şöbə rəisi intihardan əvvəl ailəsinə zəng edibmiş...

TOPLUM bölməsi

12:06 - 30 May 2023

 Şöbə rəisi intihardan əvvəl ailəsinə zəng edibmiş...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoymasının səbəbi məlum olub.

Yenipress.az xəbər verir ki, FHN-dən Qafqazinfo-ya onun uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.

Xəbər xətti