Fazil Mustafa parlamentdə ona edilən hücumdan danışdı

TOPLUM bölməsi

12:01 - 30 May 2023

 Fazil Mustafa parlamentdə ona edilən hücumdan danışdı

Şəxsimə qarşı törədilən terror aktına diqqət və həssaslıqla yanaşan dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Həmçinin ilk gündən bu yana dəstək olan bütün deputat həmkarlarıma minnətdaram.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Fazil Mustafa bildirib ki, aidiyyəti güc strukturlarının bu sahədə gördüyü işlər onu deməyə əsas verir ki, bu cür hadisələr nə bizim dövləti sarsıtmaq, nə də dövlət üçün çalışanları qorxutmaq gücündədir:

“Bu kimi ünsürlərin zərərsizləşdirməsi onu göstərir ki, Azərbaycanla bu dillə danışmaq heç kimə müəssər olmayacaq”.

Xəbər xətti