Ənənə pozulur: Ərdoğan ilk səfərini Azərbaycana etməyə bilər

SİYASƏT bölməsi

11:59 - 30 May 2023

 Ənənə pozulur: Ərdoğan ilk səfərini Azərbaycana etməyə bilər

Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyip Ərdoğan ilk səfərini Şimali Kuipr Türk Cümhuriyyəti və Azərbaycana etmək ənənəsini poza bilər.

Türkiyə mediası ənənənin bu dəfə dəyişə biləyəcəyini yazır.

Ərdoğanın Avropa ittifaqı və Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək toplantısına qatılmaq üçün cümə axşamı Moldovaya getməsi gözlənilir.

Ərdoğanın sözçüsü İbrahim Kalın da bu haqda danışıb.

“Türkiyə prezidentinin ənənəvi olaraq ilk səfəri Şimali Kiprə və Azərbaycana olur. Lakin cümə axşamı Moldovada bir toplantı keçiriləcək. O toplantıya qatılıb-qatılmamağımız hələ bəlli deyil. Bu o demək deyil ki, Türkiyə prezidentinin ilk səfərinin Şimali Kipr və Azərbaycana olması ənənəsi dəyişir, sadəcə olaraq, bir dəfə belə ola bilər”, - o deyib.

Xəbər xətti