Selin Dion konsert turunu ləğv etdi

MAQAZİN bölməsi

17:59 - 26 May 2023

 Selin Dion konsert turunu ləğv etdi

Məşhur kanadalı müğənni Selin Dion 2024-cü ilin aprel ayına qədər konsert turunu ləğv edib.

Yenipress.az xəbər verir ki, bu barədə sənətçinin rəsmi saytında məlumat yayılıb.

“Hamınızı yenidən məyus etdiyim üçün çox üzr istəyirəm. Mən gücümü bərpa etmək üçün çox çalışıram. Lakin sən tamamilə güclü olsan belə, qastrol səfərləri çox çətin ola bilər. Şouların vaxtını dəyişməyə davam etmək sizə qarşı haqsızlıqdır. Bu, ürəyimi parçalasa da, mən yenidən səhnəyə qayıtmağa hazır olana qədər hər şeyi ləğv etsək, daha yaxşı olar”, - mesajda qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında Selin Dion keçirdiyi ciddi nevroloji xəstəlik səbəbindən bu il keçirilməsi nəzərdə tutulan səkkiz konsertini təxirə salmışdı.

Xəbər xətti