Təbrizin millət vəkili hicabsızlıqla mübarizəni tənqid etdi

DÜNYA bölməsi

17:17 - 26 May 2023

 Təbrizin millət vəkili hicabsızlıqla mübarizəni tənqid etdi

Məcburi hicab qaydalarının tətbiqi ilə bağlı belə yanaşmalar nəzərə alınsa, gərək, şəhərin bütün bazar və mağazaları qapadılsın.

Yenipress.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi müsahibəsi zamanı deyib.

O, İran hökumətinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı əməllərini pisləyib:

"Bu, hicab məsələsini bəhanə edərək xalqı xalqla qarşı-qarşıya qoymaq cəhdidir. Hökumətin həyata keçirdiyi tədbirlərin əziyyətini mağaza və iş yerləri sahibləri çəkir”, - o bildirib.

Qeyd edək ki, məcburi hicab qaydalarını pozanlara xidmət göstərən mağaza, restoran və başqa iş yerləri qapadılır, sahibləri isə cərimə olunur.

Yenipress.az

Xəbər xətti