İranda 1 ay ərzində 450 zəlzələ oldu

DÜNYA bölməsi

15:05 - 26 May 2023

 İranda 1 ay ərzində 450 zəlzələ oldu

Son bir ayda İranın müxtəlif bölgələrində 450 yeraltı təkan qeydə alınıb. 

Yenipress.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

“Son bir ayda ölkənin seysmoloji mərkəzi tərəfindən ölkə daxilində daxili yer dalğaları şkalası üzrə maqnitudası 4,0-dan yuxarı olan 11 zəlzələ qeydə alınıb. Bunların ən güclüsü 4.7 bal gücündə aprelin 28-də Rəzəvi Xorasan əyalətinin Qədəmgah bölgəsində baş verib”, -məlumatda qeyd edilib.

Qeyd edək ki, mayın 22-i yerli vaxtla axşam saat 21:36-da Şərqi Azərbaycan əyalətinin Sarab bölgəsində yerin 11 kilometr dərinliyində 4.9 bal gücündə zəlzələ olub.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər