­Özəl pensiya fondları yaradıla bilər?

İQTİSADİYYAT bölməsi

14:55 - 26 May 2023

 ­Özəl pensiya fondları yaradıla bilər?

Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Sadəcə lazımi normativ hüquqi sənəd layihələrinin hazırlanması, müvafiq prosedurlar icra edilməsi kifayətdir. Ancaq çətin olan bu fondun özünü nə dərəcədə doğrultmasıdır. Məhz bu səbəbdən 10 ilə yaxındır ki, məsələ müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra unudulur. 

Yenipress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisaçının sözlərinə görə, fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır:

“Böyük Britaniya, Almaniya və s. kimi iqtisadi şəraiti yüksək olan ölkələrdə bu fondlar uğurla fəaliyyət göstərir. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların qaytarılması (ROİ) indeksi yüksəkdirsə, ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkmirsə, onda özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə, böyük uğur qazana bilər.

Yalnız vətəndaş bu halda öz əllərilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar. 

Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə, onda özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”.

Yenipress.az

Xəbər xətti