Ermənistan “əlil dövlət”ə çevrilir – Ovannisyan

SİYASƏT bölməsi

14:49 - 26 May 2023

 Ermənistan “əlil dövlət”ə çevrilir – Ovannisyan

Bu gün Ermənistan real dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir. Paşinyanın rəhbərlik etdiyi hökumət zəifdir və mövcud problemlərin öhdəsindən gələ bilmir.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın birinci xarici işlər naziri Raffi Ovannisyan deyib.

“Dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzəyik. Bunun qarşısını almaq üçün heç nə etməsək, ölkəni mütəşəkkil şəkildə məhv edəcəyik. Dəyişikliyə ehtiyacımız var. Nüfuzlu ekspertlərdən və siyasətçilərdən ibarət xüsusi kollektiv şura yaratmaq lazımdır. Xalq, cəmiyyət boş oturmamalı, səlahiyyətə malik olduğunu bilməlidir. Xüsusən də küçə döyüşünə başlamaq lazımdır”, - o bildirib.

Sabiq nazir qeyd edib ki, Paşinyan daxili legitimliyini itirib, onun fəaliyyəti ölkəyə yeni itkilər və uğursuzluqlar gətirir:

“Lakin hamı susur, dağıdıcı proseslərə qarşı durmağa heç kim cürət etmir. Hakimiyyət Ermənistanı “əlil dövlət”ə çevirmək istəyir. Bu kontekstdə Azərbaycanla sülh müqaviləsi imzalansa belə vəziyyəti dəyişməyəcək. Paşinyanın məğlubiyyət siyasəti istənilən halda müharibəyə gətirib çıxaracaq”.

Yenipress.az

Xəbər xətti