İlham Əliyev Sinan Oğana zəng edib? - Video

GÜNDƏM bölməsi

12:09 - 26 May 2023

 İlham Əliyev Sinan Oğana zəng edib? - Video

Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması barədə bəzi yerli mediada yayılan şayiələri təkzib edib.

O bu barədə “TRT Haber”ə müsahibəsində danışıb.

“İlham Əliyev mənə zəng etməyib. Ondan mənimlə bağlı heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Könül bağı başqa şeydir. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyənin daxili işlərinə qarışmadığı məlumdur”, - deyə Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya ona zəng etməsi barədə iddiaları yalanlayıb.

O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib: “Seçki kampaniyası üçün istifadə olunan avtobusumun benzini bitdikdə, yanacağın ödənişini yanacaqdoldurma məntəqəsinin sahibi qarşıladı. İcarəyə götürdüyümüz avtobusu yanacaq baxımından istifadə edə bilmirdik. Bu iddialardan əl çəkin”.

Sinan Oğanın sözügedən çıxışını təqdim edirik:

Xəbər xətti


Digər xəbərlər