Uçuş zamanı təyyarənin qapısı açıldı - Video

DÜNYA bölməsi

11:34 - 26 May 2023

 Uçuş zamanı təyyarənin qapısı açıldı - Video

Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarə ölkənin Daegu şəhərinə uçuş həyata keçirərkən insident yaşanıb.

Təyyarənin havada olarkən qapısı açılıb. Hadisə hava limanına yaxın məsafədə qeydə alınıb.

Pilotlar təyyarəni uğurla yerə endirməyə nail olub. Ciddi xəsarət alan olmasa da, 9 nəfər tənəffüs problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib. Aviaşirkət nümayəndəsi qapının hansı səbəbdən açılması ilə bağlı araşdırma aparıldığını bildirib.

Ümumilikdə təyyarədə 194 sərnişin olub.

Xəbər xətti