Qaxda ağır qəza: polis yaralandı, ölən var

KRİMİNAL bölməsi

11:24 - 26 May 2023

 Qaxda ağır qəza: polis yaralandı, ölən var

Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Yenipress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Faiq Məmmədovun idarə etdiyi VAZ-21015 markalı avtomobillə 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və VAZ-2106-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, VAZ-21015 markalı avtomobilin sürücüsü Faiq Məmmədov polis əməkdaşıdır.

Xəbər xətti


Digər xəbərlər