Ukraynada münaqişənin dondurulmasından söhbət gedə bilməz - Şolts

DÜNYA bölməsi

10:41 - 26 May 2023

 Ukraynada münaqişənin dondurulmasından söhbət gedə bilməz - Şolts

Ukraynadakı münaqişənin dondurulmasından söhbət belə gedə bilməz.  

Yenipress.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Sülhə nail olmaq üçün şərtləri Kiyev özü müəyyən etməlidir. Rusiya başa düşməlidir ki, bir növ soyuq sülh bağlamaqdan söhbət gedə bilməz. Ukraynanın əvəzinə irəli sürmək istədiyi şərtləri formalaşdırmaq bizim işimiz deyil. Ədalətli sülh istəyirik və bunun şərti rus qoşunlarının Ukraynadan çıxarılmasıdır”, - Şolts bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacaq.

Yenipress.az

Xəbər xətti