İranda bir gündə 10 məhkum edam edildi

DÜNYA bölməsi

10:29 - 26 May 2023

 İranda bir gündə 10 məhkum edam edildi

Mayın 25-i İranın Kirman, Sənəndəc, Urmiya, Qorqan. Ciroft və Marağa şəhərlərində 10 məhkum edam edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat, həmçinin, uşaqların da edam mərasiminə şahidlik etmək üçün ictimai yerlərdə iştirak etmələrinə işarə edib.

“Uşaqların psixoloji sağlamlığına cavabdeh olan beynəlxalq qurumlar, o cümlədən, UNİSEF bu hərəkətə görə Tehran hakimiyyətini qəti şəkildə cavab verməyə məcbur etmək üçün tədbirlər görməlidir”.

Yenipress.az

Xəbər xətti