Ermənistanın bu ölkədəki səfirlərini dəyişir - KİV

DÜNYA bölməsi

10:22 - 26 May 2023

 Ermənistanın bu ölkədəki səfirlərini dəyişir - KİV

Ermənistanın diplomatik korpusunda tezliklə kadr dəyişikliyi olacağı gözlənilir.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, dəyişikliklər xüsusilə Avropanın əsas ölkələrində işləyən diplomatlara təsir edəcək.

Belə ki, Ermənistanın Baltikyanı ölkələrdəki səfiri Ovannes İgidyan geri çağırılacaq. Hakimiyyətin onun işindən narazı olub-olmaması, yoxsa sadəcə başqa ölkəyə göndərmək fikrində olduğu hələ məlum deyil.

Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyanın da köçürüləcəyi deyilir. Məlumata görə, Arzumanyan Polşadakı diplomatik missiyanın rəhbəri təyin oluna bilər.

Ermənistanın ABŞ-dakı səfirliyində altı aydır işləyən Ara Markaryan Litvaya səfir təyin olunacaq.

Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək.

Nəşr digər dəyişikliklər də gözlənildiyini qeyd edib.

Yenipress.az

Xəbər xətti