Urmiyada məhkum edam edildi

DÜNYA bölməsi

17:47 - 25 May 2023

 Urmiyada məhkum edam edildi

Mayın 25-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri və Kirman əyalətinin Ciroft şəhərinin həbsxanalarında iki məhkum edam edilib.

Yenipress.az xəbər verir ki, Urmiyada edam edilən 40 yaşlı Əli Piri adam öldürməkdə, Ciroftda edam edilən 30 yaşlı Əhməd Daray isə narkotik maddələrin alverində günahlandırılıb.

Bununla yanaşı Kirman şəhərinin həbsxanasında 2 məhkum edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

Qeyd edək ki, 2023-cü il ərzində İran həbsxanalarında 300-dən çox məhbus edam edilib.

Xəbər xətti