Bacısını itlərdən xilas edən 11 yaşlı qız özü öldü

TOPLUM bölməsi

17:20 - 25 May 2023

 Bacısını itlərdən xilas edən 11 yaşlı qız özü öldü

Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub.

Məlumata görə, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Azyaşlı bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.

Xəbər xətti